Bakı. Trend:
Vaşinqton əmindir ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Cinpin arasında keçiriləcək görüş iki ölkə arasında ticarət anlaşmazlıqlarının həllinə gətirib çıxaracaq.
Trend-in məlumatına görə, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset bildirib.
“Gələn həftə hamı bu problemi həll etmək üçün Asiyaya yollanır və mən tam əminəm ki, Prezident Tramp və Prezident Si Cinpin dostcasına razılığa gələcəklər”, – deyə Hasset qeyd edib.
Bundan əvvəl ABŞ prezidenti oktyabrın 31-dən noyabrın 1-dək Koreya Respublikasında keçiriləcək APEC sammiti çərçivəsində Si Cinpinlə görüşməyi planlaşdırdığını açıqlamışdı.