Bakı. Trend:
17.10.2025-ci il tarixində saat 13:10 radələrində 1984-cü il təvəllüdlü şəxs (qadın) Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çoxsaylı kəsilmiş, deşilmiş yaralarla pasiyentin müalicəsi davam etdirilir.
"Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir", - qurumdan qeyd edilib.
xxx
16:00
Şabranda ər arvadını bıçaqlayıb.
Trend-in əldə etdiyi məlumata görə, oktyabrın 17-də saat 12 radələrində Şabran rayonunda 41 yaşlı A.Əliyevaya kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Belə ki, əməli törədən şəxs- onun həyat yoldaşı 47 yaşlı Nəcəfov Asim Nəcəf oğlu Şabran RPŞ-ə gəlib etdiyi əməli etiraf edərək polisə təslim olub.
Araşdırma aparılır.