Thanks to visit codestin.com
Credit goes to az.trend.az

...

Gümrü meri həbs edildi

Dünya xəbərləri Materials 21 Oktyabr 2025 10:44 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Antikorrupsiya Məhkəməsi rüşvət almaqda ittiham olunan Gümrü şəhərinin meri Vardan Qukasyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Qukasyanın vəkili müvafiq qərarın verilməsindən sonra açıqlama verib.

“Məhkəmə iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qaəbul edib”,- deyə o bildirib.

Xatırladaq ki, oktyabrın 20-si səhər saatlarında yüzlərlə hüquq-mühafizə orqanı əməkdaşı Gümrü meriyasının binasına gəlib, şəhər meri Vardan Qukasyanı saxlayıb. Bir neçə saat ərzində yerli sakinlər və meriya əməkdaşları əməliyyatın qarşısını almağa çalışsalar da, polis binanın qarşısında toplaşan kütləni gdağıdıb və Qukasyanı binadan çıxara bilib. Bundan əlavə, polis əməkdaşlarının “qanuni tələblərinə tabe olmamaq” ittihamı ilə Gümrünün təxminən iyirmiyə yaxın yerli sakin saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti